Главная > Dünya > Cənubi Koreya səfiri SOCAR Karbamid Zavodunda olub - FOTO

Cənubi Koreya səfiri SOCAR Karbamid Zavodunda olub - FOTO


7-12-2022, 19:36. Разместил: admin
Bu gün Koreya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Li İn Yonq SOCAR-ın Sumqayıtda yerləşən karbamid zavodunda olub.

Zavodun direktoru Xəyal Cəfərov zavodun layihəsi haqqında məlumat verib, həmçinin qonaqları istehsal sahəsi və anbarları ilə tanış edib.

“Zavodun avadanlığı müasirdir, iş sistemi çox yaxşı təşkil olunub. Bundan başqa, hesab edirəm ki, zavod Azərbaycan iqtisadiyyatına böyük töhfə verib, çünki o, həm daxili tələbatın ödənilməsində, həm də ixracda yaxşı nəticələr göstərir. Ümid edirəm ki, gələcəkdə Koreya ilə Azərbaycan əməkdaşlığı davam etdirəcək və yeni uğurlu layihələri yaradacaqlar”, - Koreya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Li İn Yonq bildirib.

Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki SOCAR Karbamid zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib. Müəssisə ildə 650-660 min ton karbamid istehsal etmək gücündədir.

Zavodun məhsulları 15-dən çox ölkəyə, o cümlədən Cənubi Amerika, Avropa, Hindistan və Pakistanın böyük bazarlarına ixrac olunur.






Вернуться назад