Главная > Dünya > ABŞ-dən “F-16” qərarı: Satış üçün məhdudlaşdırıcı şərtlər aradan qaldırıldı
ABŞ-dən “F-16” qərarı: Satış üçün məhdudlaşdırıcı şərtlər aradan qaldırıldı7-12-2022, 11:34. Разместил: admin |
ABŞ Konqresinin hər iki palatasının senatorları və nümayəndələrinin daxil olduğu konfrans komitəsi 857 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən NDAA qanun layihəsini yekunlaşdırıblar. Qanun layihəsinin son variantında Türkiyəyə “F-16” satışlarını məhdudlaşdıran şərtlərlə bağlı heç bir bənd olmayıb. Konfrans komitəsində müvafiq maddələrin qaldırılması ilə ABŞ Konqresinin qanun səbəbilə Türkiyənin “F-16” alışına bəzi məhdudiyyətlər qoymaq üstünlüyü ABŞ Konqresinin əlindən alınıb. Türkiyə ABŞ-dən 40 yeni “F-16 Block 70” döyüş təyyarəsi və inventarında olan 80 təyyarə üçün modernizasiya dəsti istəyir. Вернуться назад |