Главная > Dünya / Manset > Xəzər dənizinin sahilində 700-ə yaxın ölü suiti tapılıb
Xəzər dənizinin sahilində 700-ə yaxın ölü suiti tapılıb3-12-2022, 19:19. Разместил: admin |
![]() Bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin Şimali Qafqaz Ərazi Administrasiyasının mətbuat xidməti məlumat yayıb. “Xəzər dənizinin sahilində, Mahaçqala şəhərinin Kirovski rayonunda, neft bazasından Sulak çayının mənsəbinə qədər olan ərazidə 650-700 suiti cəsədi aşkar edilib. Tapılan cəsədlərin sayı arta bilər. Ölüm səbəbləri hələ müəyyən edilməyib”, - agentliyin “Telegram” kanalında bildirilir. Bildirilir ki, idarənin müfəttişləri respublikanın hər yerində Xəzər dənizinin sahillərində kəşfiyyat işlərini davam etdirirlər. Xəzər Elmi-Tədqiqat Balıq Təsərrüfatı İnstitutunun Volqa-Xəzər bölməsinin mütəxəssisləri suitilərin ölüm səbəblərini müəyyən etmək üçün artıq məlumat toplamağa başlayıb. Вернуться назад |