Главная > Dünya > Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub - FOTO
Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub - FOTO1-12-2022, 22:07. Разместил: admin |
Dekabrın 1-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanov ilə birgə HHQ-nin N hərbi hissəsini ziyarət edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, burada Özbəkistan nümayəndə heyətinə hərbi hissənin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib. Вернуться назад |