Главная > Dünya > NATO-da Ukrayna, Moldova və Gürcüstana dəstəyin gücləndirilməsi müzakirə ediləcək
NATO-da Ukrayna, Moldova və Gürcüstana dəstəyin gücləndirilməsi müzakirə ediləcək29-11-2022, 09:23. Разместил: admin |
NATO-ya üzv ölkələr Buxarestdə keçiriləcək iclasda Ukrayna, Moldova, Gürcüstan, həmçinin Bosniya və Herseqovinaya dəstəyin gücləndirilməsini müzakirə edəcəklər. Bu barədə bazar ertəsi NATO-nun baş katibi Yens Stoltenberq Rumıniya prezidenti Klaus İohannislə görüşündə bildirib. “Buxarestdə NATO-nun xarici işlər nazirləri Ukraynaya, eləcə də Rusiyanın təzyiqi ilə üzləşən digər tərəfdaşlara - Bosniya və Herseqovina, Gürcüstan və Moldovaya dəstəyimizi gücləndirmək yollarını nəzərdən keçirəcəklər”, - Stoltenberq bildirib. NATO-nun baş katibi Qara dəniz regionunun gələcək danışıqlar üçün əhəmiyyətini də qeyd edib. “Bu gün görüşümüzdə bütün NATO üçün strateji əhəmiyyət kəsb edən Qara dəniz regionunda təhlükəsizliyi müzakirə etdik”, - deyən Stoltenberq Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab olaraq alyansın Baltikyanı və Qara dəniz bölgələrində mövcudluğunu gücləndirdiyini qeyd edib. Xatırladaq ki, noyabrın 28-30-da Buxarestdə NATO ölkələrinin diplomatik nümayəndəlikləri rəhbərlərinin görüşü keçirilir. Вернуться назад |