Главная > Dünya / Manset > Qətərdə futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib - FOTO

Qətərdə futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib - FOTO


20-11-2022, 20:25. Разместил: admin
Qətərdə futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Tədbir bu axşam Qətər və Ekvador yığmaları arasında turnirin açılış matçına da ev sahibliyi edəcək “El Bayt” stadionunda təşkil olunub.

Vaxtilə Fransa seçməsinin heyətində çıxış edən Marsel Desayi dünya kubokunu stadiona gətirib.

Qeyd edək ki, bu, ərəb dünyasında və müsəlmanların çoxluq təşkil etdiyi bir ölkədə keçirilən ilk dünya çempiontıdır.

Yarışın final oyunu dekabrın 18-də Lusail şəhərindəki 80 min tamaşaçı tutumuna malik Milli Stadionda keçiriləcək.





Вернуться назад