Главная > Dünya > Təbrizdə hökumət qüvvələri azərbaycanlı tələbəni öldürdü
Təbrizdə hökumət qüvvələri azərbaycanlı tələbəni öldürdü18-11-2022, 11:42. Разместил: admin |
Təbrizdə etirazlar zamanı Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqi öldürülüb. “Azad İran” “Telegram” kanalı xəbər verir ki, o, hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra binalardan birinə sığınıb. Etirazçıları təqib edən bir neçə xüsusi təyinatlı onun ardınca binaya girib və Aylar Həqqini oradan aşağı atıb. Ağır bədən xəsarətləri alan gənc qız hadisə yerindəcə həyatını itirib. Əslən Şərqi Azərbaycan əyalətinin Məlik (Məlikan) kəndindən olan tələbənin dəfn edilmək üçün doğma kəndinə aparılmasına icazə verilməyib. Aylar Həqqinin ailəsi və rabitə idarəsində çalışan atasına dəfn mərasiminin səssiz keçirilməsi və ictimailəşdirilməməsi üçün təzyiq edilib. Qeyd edək ki, etirazlar başlayandan noyabr ayının 16-dək İranda öldürülənlərin sayı 362 nəfərə çatıb. Вернуться назад |