Главная > Dünya > Kiyevin mərkəzində bir şəxs özünü partlatmaqla hədələyir

Kiyevin mərkəzində bir şəxs özünü partlatmaqla hədələyir


3-08-2020, 14:42. Разместил: azadses
Polis əməkdaşları Kiyev şəhərinin mərkəzində yerləşən bir banka daxil olaraq özünü partlatmaqla hədələyən bir şəxslə danışıqlar aparırır.

Azad Səs Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko açıqlama verib. Özünü partlatmaqla hədələyən şəxsin Özbəkistan vətəndaşı olduğu bildirilib.
"Avqustun 3-də, saat 12:00-da (Moskva vaxtı ilə eyni)" Universal Bank" şirkətinin nümayəndəsinin  polisə zəng edərək verdiyi məlumata görə (Şevçenkovski rayonu, Leonardo biznes mərkəzinin binası) 35 yaşına çatmamış naməlum bir şəxsin ofisə girərərk kürək çantasında bomba olduğunu bildirib və polisə zəng edilməsini tələb edib.

Bank əməkdaşları binanı tərk ediblər və şöbə müdiri isə öz istəyi ilə bankda qalıb. Polis əməkdaşları terrorçu ilə danışıqlara başlayıb",-deyə Qeraşenko öz feysbuk hesabında bildirib.
Təcavüzkarın canlı yayıma çıxış imkanının verilməsini tələb etdiyi bildirib.

Вернуться назад