Главная > Dünya > Əfsanəvi UFC döyüşçüsü 38 yaşında vəfat etdi - FOTO
Əfsanəvi UFC döyüşçüsü 38 yaşında vəfat etdi - FOTO14-11-2022, 16:13. Разместил: admin |
ABŞ-də yumruğunun gücü ilə tanınan “Rumble” ləqəbli məşhur döyüşçü Entoni Conson 38 yaşında ölüb. İlkin məlumata görə, UFC idmançısının ölümünə səbəb qan xərçəngi və nadir rast gəlinən immun sisteminin pozulması olub. Amerikalı uzun müddət xəstəliklə mübarizə aparıb və hətta onun xəstəliyə mütləq qalib gələcəyinə ümid olub. Ancaq cari ilin əvvəlində xəstəliyi yenidən şiddətlənib. Qeyd edək ki, “Rumble” peşəkar səviyyədə 29 döyüş keçirib və mübarizələrin 23-də qalib gəlib. Bu qələbələrin 17-si nokautla başa çatıb. O, UFC tarixinin ən əsas nokautçularından biri olub. Göstəricilərinə görə o, yalnız Derrik Lyuisdən (13) geri qalıb. Вернуться назад |