Главная > Dünya / Manset > Sloveniyada prezident seçkilərinin ikinci turu keçirilir
Sloveniyada prezident seçkilərinin ikinci turu keçirilir13-11-2022, 15:00. Разместил: admin |
Bazar günü Sloveniya Respublikasında növbəti prezident seçkilərinin ikinci turu keçirilir. Ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 19:00-da bağlanacaq. Dövlət Seçki Komissiyasının məlumatına görə, seçkilərin birinci turunda olduğu kimi, ölkədə 2999 adi, yaşayış yerindən kənarda isə 88 seçki məntəqəsi fəaliyyət göstərir. Diplomatik nümayəndəlik və konsulluq idarələrində 30 seçki məntəqəsində səs vermək mümkün olacaq. Qeyd edək ki, ölkənin keçmiş xarici işlər naziri, Sloveniya Demokratik Partiyasından olan deputat Anje Loqar və bitərəf namizəd, hüquqşünas Nataşa Pirts-Musar prezident seçkilərinin ikinci turunda mübarizə aparırlar. Вернуться назад |