Главная > Dünya > ABŞ İranı hədələdi: “Bunun nəticəsi xoşagələn olmayacaq”
ABŞ İranı hədələdi: “Bunun nəticəsi xoşagələn olmayacaq”3-08-2020, 13:53. Разместил: azadses |
“Tehranla Pekin arasında müzakirəsi gedən yeni anlaşma, Çinin İrana daxil olması deməkdir, bu, Yaxın Şərqdə sabitliyin pozulmasına səbəb olacaq”. Azad Səs Teleqraf.com- istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Pompeo İran və Çin arasında iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutan 400 milyard dollarlıq bu razılaşmanın kəşfiyyat və hərbi sahələri də əhatə etdiyini bildirib. Onun sözlərinə görə, öz ölkələrində azadlığı ayaqlar altına atan və sərhədlərindən kənarda təhlükəsizlik problemləri yaradanların bir-biri ilə yaxın əməkdaşlıq etməsi təəccüb doğurmamalıdır. Pompeo qeyd edib ki, ABŞ İrana qarşı qəbul edilmiş bütün sanksiyaların bu ölkə ilə əməkdaşlıq edəcək Çin şirkətləri və iş adamlarına da şamil olması üçün lazım olan bütün addımları atacaq. “Region ölkələri bu sənədin əsl mahiyyətinin fərqinə varmalıdır. Çünki Çinin İrana daxil olması Yaxın Şərqdə sabitliyi pozmaqla yanaşı, Səudiyyə Ərəbistanı, İsrail və Birləşmiş Ərəb Əmirliyini də təhlükəyə atacaq”, - dövlət katibi vurğulayıb. O, həmçinin bildirib ki, Çin hökumətinin dünyada beynəlxalq terrorizmin bir nömrəli himayədarı olan dövlətə, yəni İrana investisiya yatırması və silah satması bölgədə riskləri artırır və bu, xoşgəlməz nəticələr ortaya çıxara bilər. Pompeo ABŞ-ın İrana qarşı silah embarqosunun ləğv edilməsinə imkan verməyəcəyini vurğulayaraq, dünya ictimaiyyətini bu məsələdə həmrəyliyə çağırıb. Вернуться назад |