Главная > Dünya > Tokayev: “Qazaxıstan dövlətlərin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir”
Tokayev: “Qazaxıstan dövlətlərin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir”11-11-2022, 13:49. Разместил: admin |
“Ərazi bütövlüyü məsələsi Qazaxıstan üçün prioritetdir və Astana bütün dövlətlərlə münasibətdə bu prinsiplərə riayət olunmasına ciddi diqqət yetirəcək”. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bildirib. “Qazaxıstan bütün dövlətlərin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, həmçinin BMT Nizamnaməsinə ciddi riayət olunmasını zəruri hesab edir”, - deyə o bildirib. Dövlət başçısı bunu Qazaxıstanın təməl maraqlarına tam uyğun gələn zəruri prinsip adlandırıb və Astananın bu prinsipə üstünlük verəcəyini bəyan edib. Xatırladaq ki, sammit Səmərqənddəki Konqres Mərkəzində keçirilib. Вернуться назад |