Главная > Dünya > Avropa Parlamenti Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
Avropa Parlamenti Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib10-11-2022, 20:42. Разместил: admin |
Avropa Parlamenti Xorvatiyanın Şengen zonasına qoşulmasını təsdiqləyib. Bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bu ölkə ilə Aİ arasında daxili sərhəd nəzarətinin ləğvini nəzərdə tutur. “Xorvatiya Şengen sərbəst hərəkət zonasına qoşulmağa hazırdır. O, bütün lazımi şərtləri yerinə yetirib. Əminəm ki, bu, Avropaya inteqrasiya üçün növbəti uğur hekayəsi olacaq”, - Avropa Parlamentinin deputatı Paulo Rangel bildirib. O, həmçinin Aİ üzv dövlətlərini bu ilin sonuna qədər Xorvatiyanın Şengen zonasına qoşulmasına yaşıl işıq yandırmağa çağırıb. Qeyd edək ki, Xorvatiya üçün daxili sərhəd nəzarətinin ləğvi ilə bağlı yekun rəsmi qərarı Şengen zonasına daxil olan Aİ-yə üzv dövlətlər yekdilliklə qəbul etməlidir. Вернуться назад |