Главная > Dünya / Manset > Pakistanda “Qarabağ Azərbaycandır”, “Zəfər Günü” adlı fləşmoblar keçirilib - FOTO

Pakistanda “Qarabağ Azərbaycandır”, “Zəfər Günü” adlı fləşmoblar keçirilib - FOTO


8-11-2022, 13:20. Разместил: admin
Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslim İnstitutu ilə birgə Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunan fləşmoblar keçirib.

Bu barədə Azərbaycanın Pakistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, fləşmoblarda “Qarabağ Azərbaycandır”, “Azərbaycanın Zəfər Günü” şüarları, həmçinin Azərbaycan, Pakistan, Türkiyə bayraqları, eləcə də Qarabağın simvolu olan Xarıbülbül çiçəyi əks olunub.

Fləşmoblarda 800-dən artıq pakistanlı iştirak edib.


Вернуться назад