Главная > Dünya > Çavuşoğludan Zəfər Günü paylaşımı: “Qələbələrin əbədi olsun, can Azərbaycan”

Çavuşoğludan Zəfər Günü paylaşımı: “Qələbələrin əbədi olsun, can Azərbaycan”


8-11-2022, 12:39. Разместил: admin
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik edib.

Bu barədə nazir öz “Twitter” hesabında paylaşım edib.

“İşğal altındakı torpaqlarını qəhrəmancasına mübarizə apararaq azad edən və bununla da regionda sülh və əmin-amanlığın təmin olunmasına vəsilə olan Azərbaycanın Zəfər Günü mübarək olsun.

Qələbələrin əbədi olsun, can Azərbaycan!” - deyə Çavuşoğlu paylaşımında qeyd edib.
Вернуться назад