Главная > Dünya / Manset > Rusiya gəmiləri geri qayıdır: Türkiyə icazə vermədi - FOTO
Rusiya gəmiləri geri qayıdır: Türkiyə icazə vermədi - FOTO7-11-2022, 17:53. Разместил: admin |
Sakit Okean Donanmasının Rusiya gəmiləri fevral ayından bəri Bosfor boğazından Qara dənizə keçmək üçün Ankaradan icazə gözləyir. Lakin Türkiyə buna icazə verməyib. Türkiyə Rusiya gəmilərinin Ukraynaya hücum etmək üçün Bosfor boğazından keçərək Qara dənizə daxil olmasına icazə verməyib. Doqquz ay gözlədikdən sonra Rusiya gəmiləri geriyə - Uzaq Şərqə qayıtmağa başlayıb. Bu barədə Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun Monitorinq Qrupunun rəhbəri Andrey Klimenko məlumat verib. Onun sözlərinə görə, Rusiya Federasiyasının Sakit Okean Donanmasının “Varyaq” raket kreyseri və böyük sualtı qayıq əleyhinə “Admiral Tribus” gəmisi noyabrın 6-da Sinqapur boğazında Vladivostokdakı bazasına qayıdarkən görüntülənib. Gəmilər 2 fevral 2022-ci ildən Aralıq dənizindədir və Ukrayna torpaqlarını atəşə tutmaq üçün Qara dənizə yola düşməyə hazırlaşırdılar. “Boruların üzərində “Z” və “V” hərflərini görürsünüzmü? Köhnə zarafatdakı kimi: “Lazım olmadı...” Hər şey də Türkiyə və onun boğazları nəticəsində. Halbuki doqquz ay gözlədilər... Yorulmuşdular, təmir işləri üçün yer yox idi, ekipajlar “vəhşiləşmişdi”, - deyə Klimenko “Facebook” hesabında qeyd edib. Вернуться назад |