Главная > Dünya > Çexiya XİN Rusiya rəhbərliyi üçün xüsusi tribunal yaratmağa çağırıb
Çexiya XİN Rusiya rəhbərliyi üçün xüsusi tribunal yaratmağa çağırıb7-11-2022, 11:47. Разместил: admin |
Çexiya Xarici İşlər Nazirliyi Ukraynada törədilmiş hərbi cinayətlərə görə Rusiyanın ali rəhbərliyi üzərində xüsusi tribunalın yaradılmasına çağırıb. Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski “Twitter” səhifəsində yazıb. “Çexiya Ukraynadakı cinayətlərə görə Rusiyanın ali siyasi rəhbərliyini mühakimə etmək üçün xüsusi tribunalın yaradılmasını müdafiə edən ölkələr sırasındadır. Dövlətin istənilən siyasi lideri müharibənin başlanmasına görə məsuliyyət daşımalıdır”, - o, qeyd edib. Lipavski onu da əlavə edib ki, indi Rusiya ilə sülh danışıqlarından danışmağın vaxtı deyil, çünki o, yalnız güc dilini başa düşür. “Bizə sərt münasibət lazımdır. Əgər təhlükəsizlik istəyiriksə, qaydalar tətbiq edilməlidir və biz onların beynəlxalq səviyyədə həyata keçirilməsini təmin etməliyik”, - XİN rəhbəri fikrini yekunlaşdırıb. Вернуться назад |