Главная > Dünya / Manset > Podolyak: “İrandakı PUA və raket zavodları vurulmalıdır”

Podolyak: “İrandakı PUA və raket zavodları vurulmalıdır”


5-11-2022, 20:52. Разместил: admin
İranın Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyaya pilotsuz uçuş aparatları tədarükünü etiraf etməsi məntiqsiz görünür.

Bunu Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib. “Dronların Rusiyaya təhvil verilməsinin bu cür etirafı bir qədər qəribə görünür. Yəni, onlar mindən çox PUA-nı müharibədən əvvəl tədarük ediblər, rusiyalılar isə döyüş meydanında praktiki olaraq müharibəni uduzduqdan sonra onlardan istifadə etməyə başlayıblar. Yəni kritik infrastrukturumuzu məhv etmək əvəzinə, dronlar 8 ay anbarlarda yatıblar?”, - deyə o, vurğulayıb.

Eyni zamanda, Podolyak qeyd edib ki, İrana qarşı onilliklər ərzində tətbiq edilən güclü sanksiyalara baxmayaraq, ölkənin, məsələn, Rusiyadan daha yaxşı silahlar istehsal etməsi qəribədir.

Prezident Aparatı rəhbərinin müşavirinin sözlərinə görə, Tehranın silah istehsalını davam etdirdiyini, totalitar rejimə etiraz edən öz vətəndaşlarını öldürdüyünü, Rusiya üçün silah tədarükünü nəzərə alsaq, daha sərt davranmaq lazımdır.

“Mənə elə gəlir ki, təkcə sanksiyalar və ya embarqo tətbiq etmək lazım deyil. Məsələn, PUA və ballistik raketlərin istehsalı müəssisələrinə konkret zərbələr endirmək olar və s. Belə bir dövlət cəzasız qalaraq bunu davam etdirə bilməz”, - Podolyak əlavə edib.
Вернуться назад