Главная > Dünya / Manset > İranda “soyuq külək əsir”, xalq ayağa qalxıb – İCMAL + FOTO
İranda “soyuq külək əsir”, xalq ayağa qalxıb – İCMAL + FOTO4-11-2022, 20:11. Разместил: admin |
Güney azərbaycanlı fəallar Tehran hökumətindən milli zəmində ayrı-seçkilik siyasətinə, Azərbaycan sərvətlərinin talanmasına və insan haqlarının pozulmasına son qoyulmasını tələb edirlər. “Report” xəbər verir ki, bu barədə İran mətbuatı yazıb. Bildirilib ki, “Qırx Metir” məhəlləsində bir qrup milli fəal aksiya keçirib. Onlar Azərbaycan türkcəsində “nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi”, “Azadlıq, Ədalət, Milli hökumət”, “millətlərə istiqlal, qadınlara azadlıq” və başqa bu kimi şüarlar səsləndiriblər. Əbülfəz Cani, Nasir Bəxtiyari və Yunis Zareyiyyun adlı fəallar ölkənin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları tərəfindən saxlanılıblar. Son bir neçə gün ərzində Güney Azərbaycan şəhərlərində milli-mədəni fəalların həbs edilməsi halları kəskin artdığı bildirilir. Milli fəal Kərim İsmayılzadə, Nima Radməneş, Mürtəza Pərvin həbs ediliblər. Oların təhlükəsizlik məmurları tərəfindən saxlanıldıqları deyilir. Təhlükəsizlik məmurları Ərdəbildə yaşayan milli fəal Vəhid Sadiqifərə zəng edərək ondan idarəyə getməsini istəyiblər. Milli fəal bunun üçün məhkəmə qərarı olmadığını əsas gətirərək təhlükəsizlik idarəsinə getməkdən boyun qaçırıb. İnformasiya, təhlükəsizlik və kəşfiyyat naziri Seyid İsmayıl Xətib bildirib ki, küçə iğtişaşları və Şahçıraq məqbərəsinin təhqir olunması bu sərhəd və ilahi diyar düşmənlərinin peşəkar cinayətinin və vəhşiliyinin dərinliyini hər zamankindən daha çox ortaya qoyur. “Bu hücumlar və iyrənc cinayətlər cavabsız qalmayacaq!”, - o deyib. Məlumata görə, təhlükəsizlik qüvvələri İraqla sərhədə yaxın İlam şəhərində silahlı qruplaşmanı ələ keçirib. Səlahiyyətlilər qrupun gizləndiyi yerdən 5 əldəqayırma partlayıcı qurğu, 1 əl qumbarası, tapança və tüfəng, külli miqdarda sursat və 255 şüşə spirt ələ keçirdiklərini açıqlayıb. Вернуться назад |