Главная > Dünya > Trampın keçmiş köməkçisi onu “mənəviyyatsız” adlandırdı
Trampın keçmiş köməkçisi onu “mənəviyyatsız” adlandırdı3-08-2020, 11:39. Разместил: azadses |
“ABŞ Prezidenti Donald Tramp ikinci müddətə prezident seçilməyə çalışan mənəviyyatsız Ağ Ev rəhbəridir”. TASS xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton “El Pais” qəzetinə verdiyi müsahibədə deyib. “Düşünürəm ki, Donald Tramp növbəti dəfə prezident seçilmək üçün ABŞ-a yox, məhz özü üçün sərfəli maraqlara xidmət edən mənəviyyatsız prezidentdir”, - deyə C.Bolton qeyd edib. Qeyd edək ki, C.Bolton vəzifəsindən kənarlaşdıralandan sonra ABŞ-ın hazırkı prezidentinə qarşı sərt açıqlamaları ilə gündəmə gəlir. Вернуться назад |