Главная > Dünya / Manset > Britaniya Parlamentinin Lordlar palatasında Azərbaycanın mövqeyi müdafiə olundu

Britaniya Parlamentinin Lordlar palatasında Azərbaycanın mövqeyi müdafiə olundu


31-10-2022, 19:42. Разместил: admin
Böyük Britaniya parlamentinin Lordlar palatasında Azərbaycan-Ermənistan məsələsinə dair müzakirələr təşkil edilib.

Müzakirələr zamanı Lordlar palatasının üzvləri tərəfindən Azərbaycanı dəstəkləyən fikirlər səsləndirilib.

Lord David Evans mina partlayışları məsələsinə diqqət çəkib.

O, son iki ildə partlayışların əksəriyyətinə minaların səbəb olduğunu deyib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina partlayışı nəticəsində hərbçilərlə yanaşı, mülki şəxslərin də zərər çəkməsinə diqqət çəkən David Evans 262 mülki şəxsin həlak olduğunu bildirib.

Lord David Evans Ermənistan tərəfinin itkin düşmüş kimi qeydiyyatda olan 3 890 azərbaycanlı haqqında məlumat verməsini istəyib.
Вернуться назад