Главная > Dünya > Cənubi Koreyada “Hellouin” bayramındakı faciə ilə bağlı matəm elan edilib - YENİLƏNİB

Cənubi Koreyada “Hellouin” bayramındakı faciə ilə bağlı matəm elan edilib - YENİLƏNİB


30-10-2022, 11:21. Разместил: admin
Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan edib.

Seulun mərkəzindəki İtxevon küçəsində şənbə günü axşam saatlarında Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda azı 149 nəfər həlak olub, daha 76 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ölənlər arasında iki əcnəbi də var. Onların milliyyəti barədə məlumat verilmir.
Вернуться назад