Главная > Dünya / Manset > BMT əməkdaşı 13 qadını zorlayıb

BMT əməkdaşı 13 qadını zorlayıb


29-10-2022, 11:42. Разместил: admin
BMT-nin keçmiş əməkdaşı, 39 yaşlı Kərim Elkorani 13 qadına narkotik maddə verərək təcavüz etməkdə təqsirli bilinib.

Hadisələr 17 il ərzində İraq, Misir və ABŞ-da baş verib.

Məlumdur ki, həmin şəxs İraqda beynəlxalq inkişaf sahəsində, üç il BMT-nin Uşaq Fondunda və iki il BMT-nin kommunikasiya üzrə mütəxəssisi kimi çalışıb.

Elkorani qurbanlarının etibarını qazanıb, onlara xəbərləri olmadan narkotik maddə verib, sonra isə zorlayıb.

BMT əməkdaşının çirkin əməllərinə məruz qalan 13 qadın, o cümlədən 2016-cı ildə İraqda işləyən jurnalist müəyyən edilib.

Nəticədə məhkəmə təcavüzkarı 15 il müddətinə azadlıqdan məhrum edib.
Вернуться назад