Главная > Dünya / Manset > KTMT-dən Ermənistan – Azərbaycan sərhədindəki vəziyyətə dair BƏYANAT – YENİLƏNİB

KTMT-dən Ermənistan – Azərbaycan sərhədindəki vəziyyətə dair BƏYANAT – YENİLƏNİB


28-10-2022, 19:07. Разместил: admin
KTMT Şurası Bakı ilə İrəvan arasındakı ziddiyyətlərin siyasi və diplomatik yollarla həllinə çağırıb.

Bu barədə KTMT-nin mətbuat xidməti bəyanat yayıb.

Qeyd edək ki, bu gün Ermənistanın təşəbbüsü ilə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib.

Bildirilib ki, təşkilatın gələn ayında sonunda keçiriləcək sammitində də Ermənistan – Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunacaq.

Mənbə: TASS

17:38

“KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyət müzakirə edilib”.

Bunu jurnalistlərə açıqlama verən KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının yekunları üzrə çıxışında Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç deyib.

“KTMT baş katibinin rəhbərlik etdiyi bu sammitdə Ermənistan-Azərbaycan sərhədi zonasında fəaliyyət göstərən monitorinq missiyasının nəticələrindən sonra yaranmış vəziyyət çox ciddi və səmimi şəkildə müzakirə edilib”.

O əlavə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daha bir sammiti noyabrda keçiriləcək.

Bildirilib ki, gələn ayında sonunda keçiriləcək sammitdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, bu gün Ermənistanın təşəbbüsü ilə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib.
Вернуться назад