Главная > Dünya > Filippində təbii fəlakət 30-dan çox insanın ölümünə səbəb oldu

Filippində təbii fəlakət 30-dan çox insanın ölümünə səbəb oldu


28-10-2022, 16:21. Разместил: admin
Filippinin Mindanao adasına yaxınlaşan “Nalji” qasırğasının səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 31 nəfər ölüb.

Cümə axşamı gecə saatlarından bölgəyə güclü yağış yağmağa başlayıb. Şimali Magindanao əyalətinin 10 bələdiyyəsi və bir şəhəri zərər çəkib. 37 yol və 3 körpü dağılıb.

“Nalji” qasırğası şənbə-bazar günləri daşqın və torpaq sürüşməsinə meyilli ərazilərdən təxminən 5000 adamın təxliyə olunduğu Filippinin şimalına doğru istiqamətlənib.

Qeyd edək ki, Filippində hər il orta hesabla 20 tayfun və fırtına baş verir, insanlar həlak olur, evlər, yollar və körpülər dağılır.
Вернуться назад