Главная > Dünya > Ukrayna Baş Qərargahı: “Rusiya geri çəkildiyi zaman Zaporojye AES-də terror törədə bilər”

Ukrayna Baş Qərargahı: “Rusiya geri çəkildiyi zaman Zaporojye AES-də terror törədə bilər”


28-10-2022, 08:54. Разместил: admin
“Zaporojye Atom Elektrik Stansiyasında rusiyalıların törədə biləcəyi partlayış yerli texnogen fəlakətə səbəb olacaq”.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov brifinq zamanı deyib.

“Geri çəkilmə zamanı Rusiya ordusu stansiyanı həmişəlik sıradan çıxarmağa və texnogen fəlakətə səbəb olmaq üçün terror aktlarına əl ata bilər. Bu məqsədlə də xüsusilə yaşayış məntəqələrini dağıda bilər. Həmçinin Zaporojye AES-i zədələmək üçün də hücum təşkil edə bilər. Nəticədə isə bunlara görə Ukraynanı günahlandıracaq”, - deyə Qromov qeyd edib.

Onun fikrincə, müvəqqəti işğal olunmuş yaşayış məntəqələri qanuni hakimiyyətin nəzarətinə qaytarılana qədər rusiyalılar onlara ciddi ziyan vura bilər. A.Qromov bildirib ki, “çirkli bomba” ilə bağlı son təbliğat iddialarını nəzərə alsaq, Rusiya hərbçilərinin Zaporojye AES-də partlayışlar təşkil edə biləcəyi ehtimalı var.
Вернуться назад