Главная > Dünya / Manset > Ukraynada müharibədə daha bir azərbaycanlı hərbçi həlak olub

Ukraynada müharibədə daha bir azərbaycanlı hərbçi həlak olub


25-10-2022, 09:20. Разместил: admin
Ukraynada müharibədə daha bir Azərbaycan əsilli hərbçi həlak olub. Orucov Rəşad Əliqulu oğlu oktyabrın 24-də Xmelnitsk vilayətində son mənzilinə yola salınıb. Onun dəfnində yüzlərlə şəhər sakini iştirak edib.

Şəhər meri Aleksandr Simçişin 33 yaşlı cəsur döyüşçünün valideynlərinə əsl qəhrəman yetişdirdiklərinə görə təşəkkür edib, ailəsinə və yaxınlarına başsağlığı verib.

“O, ölkəmizi məhv etməyə gələn şər ruhlardan qoruyarkən həyatını qurban verdi. Rəşad çox ləyaqətli insan idi”, - deyə mer vurğulayıb.

Qeyd edək ki, Rəşad Orucov idmançı idi və tez-tez yarışlara qatılırdı. Üç övlad atası olub.

Xatırladaq ki, ötən həftə Ukraynada Rusiyaya qarşı müharibədə iştirak edən Vahid Əzim oğlu Əzizov Luqansk cəbhəsindəki döyüşlərdə həlak olub.
Вернуться назад