Главная > Dünya / Manset > İƏT ölkələri İstanbulda dezinformasiya və islamofobiya ilə mübarizəni müzakirə edirlər - FOTO
İƏT ölkələri İstanbulda dezinformasiya və islamofobiya ilə mübarizəni müzakirə edirlər - FOTO22-10-2022, 18:33. Разместил: admin |
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnformasiya Nazirlərinin 12-ci Toplantısında “Həqiqətdən kənar dövrdə dezinformasiya və islamofobiya ilə mübarizə” müzakirə olunur. “Report” xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə ümumilikdə 57 ölkədən nazirlər və yüksək səviyyəli nümayəndələr iştirak edirlər. Konfransda islam ölkələri arasında media, kommunikasiya və informasiya sahələrində əməkdaşlığı inkişaf etdirəcək fəaliyyətlərlə yanaşı İƏT Media Forumunun fəaliyyətə başlaması məsələsi də müzakirə edilir. Oktyabrın 22-də tədbirin rəsmi açılış mərasimi olub. “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan tədbirdə əvvəlcə İƏT İnformasiya Nazirləri Konfransına sədrlik müddəti Səudiyyə Ərəbistanından Türkiyəyə təhvil verilib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun dünyada dezinformasiya və xəbərlərin təhrif olunması barədə danışaraq bildirib ki, islamofobiya və irqçilik dünyanın bəzi ölkələrində özünü daha qabarıq şəkildə büruzə verir. Toplantı mediaya qapalı şəkildə davam etdirilib. Вернуться назад |