Главная > Dünya / Manset > Daha bir ölkə vətəndaşlarını İrana getməməyə çağırdı

Daha bir ölkə vətəndaşlarını İrana getməməyə çağırdı


22-10-2022, 09:42. Разместил: admin
Almaniya Xarici İşlər Nazirliyi həmvətənlərini İrana səfərdən çəkinməyə çağırıb.

XİN-in yaydığı açıqlamada "Biz vətəndaşlarımıza İrana səyahət etməmək barədə xəbərdarlıq edirik. Almaniya vətəndaşları özbaşına həbs olunma, sorğu-sual olunma və uzun müddətə həbs olunma riski altındadırlar. Yaxın keçmişdə əcnəbi vətəndaşların özbaşına həbs edilməsi halları ilə bağlı çoxlu sayda belə hadisələr olub”, - deyilir.

Xatırladaq ki, bundan əvvəl Niderland Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını davam edən etiraz aksiyaları ilə əlaqədar İrana səfərdən çəkinməyə çağırıb.
Вернуться назад