Главная > Dünya / Manset > İran Rusiyaya satdığı dronlardakı problemlərə görə Krıma mütəxəssislər göndərdi
İran Rusiyaya satdığı dronlardakı problemlərə görə Krıma mütəxəssislər göndərdi19-10-2022, 15:36. Разместил: admin |
İranlı mütəxəssislər Rusiyaya satdıqları dronlarda ortaya çıxan problemlərlə əlaqədar Krıma gediblər. Bu barədə “New York Times” ABŞ rəsmilərinə istinadən xəbər yayıb. Mənbələr bu ekspertlərin ABŞ-ın “terror təşkilatı” kimi tanıdığı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus olduğuna işarə ediblər. Bildiriblər ki, İrandan alınan PUA-ların əksəriyyəti Krımdakı bazada saxlanılır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) təqaüdçü üzvü Mik Mulroy bildirib: “İranın Ukraynadakı müharibəyə PUA-lar və təlimçilər göndərməsi onun Rusiyanın tərəfində olmaqla problemdə birbaşa iştirakı deməkdir. Tehran mülki əhalinin öldürüldüyü hücumlarda birbaşa iştirak edir”. Mənbələr onu da bildiriblər ki, İranın Rusiyaya göndərdiyi PUA-larda yaranan problemlər rus əsgərlərinin səriştəsizliyindən irəli gəlib: “Mexaniki problemdir”. Rusiyanın ilk növbədə İrana təlim keçmək üçün əsgər göndərdiyinə işarə edən mənbələr problemlərin davam etməsindən sonra İranın Krıma öz təlimçilərini göndərmək qərarına gəldiyini də əlavə edib. Вернуться назад |