Главная > Dünya > Belqrad hava limanında bomba həyəcanı
Belqrad hava limanında bomba həyəcanı18-10-2022, 19:33. Разместил: admin |
Naməlum şəxslərin Belqradın “Nikola Tesla” hava limanına sinir iflicedici ampulalarla təchiz olunmuş partlayıcılar yerləşdirdikləri barədə məlumat veriblər. Bu barədə çərşənbə axşamı yerli “Blic” qəzetinin redaksiyasına daxil olan məktubda bildirilib. “Belqraddakı “Nikola Tesla” aerodromuna 33 partlayıcı qurğu yerləşdirilib. Bunlar ucuz plastik partlayıcılar deyil, əsəb pozucu karfentanil ampulalarının bağlandığı C4 bombalarıdır”, - məktubda qeyd olunub. Məktubda serb xalqına və onun tarixinə qarşı ittihamlar yer alıb. Müvafiq yoxlamalar nəticəsində bomba təhdidinin yalan olduğu üzə çıxıb. Məlumata görə, Serbiyanın müxtəlif qurumları tərəfindən az qala hər gün analoji məktublar alınır. Bir qayda olaraq, təhdid məktublarındakı məlumatlar həqiqəti əks etdirmir. Вернуться назад |