Главная > Dünya > Krım körpüsündəki partlayışla bağlı daha 3 nəfər həbs olundu

Krım körpüsündəki partlayışla bağlı daha 3 nəfər həbs olundu


17-10-2022, 16:51. Разместил: admin
Moskvanın Basman Rayon Məhkəməsi Krım körpüsündə baş verən partlayışda iştirak etməkdə şübhəli bilinən 3 Rusiya vətəndaşı barədə həbs qərarı çıxarıb.

Sözügedən şəxslər dekabrın 8-nə qədər həbsdə qalmalı olacaq.

Bildirilir ki, Krım körpüsündə baş verən partlayışda iştirakda şübhəli bilinən bütün şəxslər barəsində terror aktının törədilməsi ittihamı irəli sürülüb.

Xatırladaq ki, oktyabrın 13-ü Krımda məhkəmə sözügedən məsələ ilə bağlı 5 nəfər barəsində həbs qərarı çıxarıb.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, oktyabrın 8-i Krım körpüsündə baş verən partlayışın hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib. Həmin şəxslərdən bir neçəsi saxlanılıb. Sözügedən şəxslərin isə 5-i Rusiya, 3-ü Ukrayna və 1-i Ermənistan vətəndaşlarıdır.
Вернуться назад