Главная > Dünya > Rusiyada müharibəyə deputatlar cəlb ediləcək
Rusiyada müharibəyə deputatlar cəlb ediləcək17-10-2022, 10:39. Разместил: admin |
Rusiya Dövlət Dumasında yeni çağırışçı kateqoriyaları ilə bağlı müzakirələr başlayır. Amma bu dəfə döyüşə qocalar deyil, deputatlar yollanır. Belə ki, senatorları və deputatları qismən səfərbərlikdən möhlət hüququ olan vətəndaşlar siyahısından çıxaran qanun layihəsi hazırlanıb. “Rusiya Federasiyasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna dəyişikliklərin oktyabrın 17-də Dövlət Dumasına təqdim edilməsi planlaşdırılır. Təşəbbüsün müəlliflərindən biri, “Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov bildirib ki, bu, cəmiyyətin ədalət tələbini ödəyəcək. Məlumata görə, qismən səfərbərlik üzrə hərbi xidmətə çağırışa iki yeni kateqoriyanın prioritet qaydada müəyyən edilməsi təklif olunur. Birinciyə Rusiya Federasiyası Milli Qvardiyasının qoşunlarında, xilasedici hərbi birləşmələrdə, xarici kəşfiyyat xidməti, Federal Təhlükəsizlik Xidməti, hərbi prokurorluq, İstintaq Komitəsinin hərbi istintaq orqanlarında və federal yanğınsöndürmə xidmətinin hərbi hissələrində xidmət edənlərin, ikincisinə isə ehtiyatda olan vətəndaşların daxil edilməsi təklif olunur. Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bununla bağlı sərəncam artıq imzalanıb və Kremlin saytında dərc olunub. Səfərbərlik fəaliyyətləri sentyabrın 21-dən başlayıb. Bundan başqa Putin sentyabrın 24-də Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliyə əsasən, fərarilər və çağırışa baxmayaraq hərbi xidmətə getməyən əsgərlər 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar. Вернуться назад |