Главная > Dünya > Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı2-08-2020, 22:44. Разместил: azadses |
İsveçrə vətəndaşları üçün Rusiya ərazisinə giriş məhdudiyyətləri aradan qaldırılıb. “Qafqazinfo” bildirir ki, müvafiq qərarı Rusiyanın Baş Naziri Mixail Mişustin imzalayıb. Sənəd hökumətin saytında yerləşdirilib. Giriş avqustun 1-dən icazə verilir. Rusiyaya hava nəqliyyatı ilə gəlmək olar. Qarşılıqlı əsasda İsveçrə ilə hava əlaqəsi avqustun 15-dən bərpa olunmalıdır: uçuşlar həftədə bir dəfə Moskva-Cenevrə-Moskva marşrutu üzrə yerinə yetiriləcək. Вернуться назад |