Главная > Dünya > Britaniya kəşfiyyatı: “Rusiyalılar Xersonda döyüşlərin başlamasını gözləyirlər”
Britaniya kəşfiyyatı: “Rusiyalılar Xersonda döyüşlərin başlamasını gözləyirlər”13-10-2022, 17:23. Разместил: admin |
“Çox güman ki, rusiyalılar döyüşlərin Xerson şəhərinə yayılmasını gözləyirlər. Çünki onlar şəhərin bir qisim mülki əhalisinin təxliyəsi üçün hazırlıqlara başlanması barədə göstəriş veriblər”. Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat araşdırmasında bildirilir. Qeyd olunur ki, oktyabrın əvvəlində Rusiya qoşunları Xerson sektorunda 20 km-ə yaxın məsafədə şimala doğru geri çəkiliblər. Bununla da çox güman ki, Milovo kəndinin qərbində yeni cəbhə xəttini gücləndirməyə çalışırlar. Bu xətt boyunca şiddətli döyüşlər gedir. Döyüşlər əsasən də qərb hissədə daha sərt xarakter daşıyır və burada Ukraynanın hücumları göstərir ki, Rusiya cinahı artıq İnqulets çayı ilə qorunmur. Cəbhənin bu istiqamətindəki Rusiya qoşunlarının əksəriyyəti Hava Desant Qüvvələrinin az sayda bölmələridir. “Son günlərdə Rusiyanın işğalçı hakimiyyət orqanları ehtimal ki, Xersondan mülki əhalinin bir hissəsinin təxliyəsinə hazırlaşmaq barədə əmr verib. Çox güman ki, onlar döyüşlərin Xerson şəhərinin özünə də keçəcəyini gözləyirlər”, - deyə Britaniya kəşfiyyatı qeyd edib. Вернуться назад |