Главная > Dünya / Manset > NATO Lukaşenkonu Belarusu Ukrayna münaqişəsinə cəlb etməyi dayandırmağa çağırdı
NATO Lukaşenkonu Belarusu Ukrayna münaqişəsinə cəlb etməyi dayandırmağa çağırdı12-10-2022, 21:42. Разместил: admin |
“Belarus Rusiyanı dəstəkləməyi dayandırmalıdır”. Bunu NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü alyans ölkələrinin müdafiə nazirlərinin ikigünlük iclasında bildirib. Stoltenberqin sözlərinə görə, o, Lukaşenko hökumətinin münaqişədə iştirakçı olmaqdan əl çəkəcəyini gözləyir. Baş katib həmçinin NATO-nun Ukraynaya raket hücumlarının Belarusdan həyata keçirildiyini bildirib. “Biz gördük ki, Belarusdan Ukraynaya raket atmaq üçün tramplin kimi istifadə edilir. Belarus prezidenti Rusiyanın hərbi səylərini dəstəkləməyi dayandırmalıdır”, - deyə Stoltenberq əlavə edib. Вернуться назад |