Главная > Dünya / Manset > Zaporojye AES tamamilə enerjisiz qaldı
Zaporojye AES tamamilə enerjisiz qaldı12-10-2022, 14:52. Разместил: admin |
Bu gün səhər saatlarında Rusiya qoşunlarının raket atəşi nəticəsində Dnepropetrovsk vilayətində “Dneprovskaya” yarımstansiyası zədələnib. Bu barədə “Enerqoatom” məlumat yayıb. Nəticədə Zaporojye Atom Elektrik Stansiyasının (AES) 750 kV-luq “Dneprovskaya” rabitə xəttinin fəaliyyəti dayanıb. Beləliklə, Zaporojye AES-in enerjisi tamamilə kəsilib. Avtomatik rejimdə dizel generatorları işə düşüb. “Enerqoatom” şirkəti dizel yanacağının daha bir partiyasını hazırlayaraq AES-ə göndərib. Lakin saat 10:00-a olan məlumata görə, Rusiya tərəfi şirkətin maşın karvanının keçməsinə icazə vermir. Вернуться назад |