Главная > Dünya > Dünyanın iki ölkəsində kütləvi infeksiya yayılıb

Dünyanın iki ölkəsində kütləvi infeksiya yayılıb


2-08-2020, 16:34. Разместил: azadses
ABŞ-ın 30-dan çox ştatında kəskin bağırsaq infeksiyasının yayılması nəticəsində təxminən 400 nəfər salmonellyoza yoluxub.
“Azad Səs” xəbər verir ki, bu barədə CBS telekanalı bildirib.
ABŞ-ın Səhiyyə Nazirliyi yanında Ərzağın və Dərmanların keyfiyyət məsələləri üzrə idarəsi infeksiyanın mümkün mənbəyi kimi Kaliforniyanın “Thomson International” şirkəti tərəfindən yetişdirilən qırmızı soğanı göstərib.
Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzinin məlumatına görə, hazırda ölkədə salmonellyoza 396 yoluxma qeydə alınıb. Yoluxma ilə bağlı artıq 60 nəfər xəstəxanaya yerləşdirilib, ölüm hadisəsi qeydə alınmayıb. Kanadada telekanalı da ölkədə bağırsaq infeksiyasının yayılmasl haqqında bildirib. Qeyd edilir ki, bu, ABŞ-la bağlı ola bilər.

Вернуться назад