Главная > Dünya > Rusların Gürcüstana üz tutması aksiyalarla qarşılandı

Rusların Gürcüstana üz tutması aksiyalarla qarşılandı


8-10-2022, 12:53. Разместил: admin
Sentyabrın 21-də ölkəsində qismən səfərbərlik elan edildikdən sonra Rusiya vətəndaşlarının Gürcüstana üz tutmasına görə paytaxt Tbilisidə etiraz aksiyası keçirilib.

Gecə saatlarında Tbilisidə parlament binası qarşısına toplaşan nümayişçilər rusların Gürcüstana axınının dayandırılmasını tələb ediblər.

“Sərhədi bağlayın” şüarı ilə təşkil edilən nümayişə gələnlər Gürcüstan, Ukrayna və Avropa İttifaqının (Aİ) bayraqlarını daşıyaraq, Ukraynaya dəstək şüarları səsləndiriblər.

Nümayişdə çıxış edənlər Rusiyanın Gürcüstan ərazisinin 20 faizini işğal etdiyini xatırladaraq, Rusiya vətəndaşlarının ölkəyə axınının böyük təhlükə yaratdığını bildiriblər.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi sentyabrın 23-27-də ölkəyə 78 742 Rusiya vətəndaşının daxil olduğunu açıqlayıb.
Вернуться назад