Главная > Dünya / Manset > Rusiya sülhməramlılarının Qarabağdakı keçmiş komandanı yeni vəzifəyə təyin edilib

Rusiya sülhməramlılarının Qarabağdakı keçmiş komandanı yeni vəzifəyə təyin edilib


7-10-2022, 18:48. Разместил: admin
Rüstəm Muradov Rusiya Federasiyasının Şərq Hərbi Dairəsi Komandanlığının rəhbəri olub.

Bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov məlumat verib.

İyulda Muradovun Ukraynadakı hərbi əməliyyatlara cəlb edilən “Vostok” (“Şərq”) qrupuna komandanlıq etməsi barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

2017-ci ildə Rusiya Qəhrəmanı adını alan Muradov 2018-ci ilin dekabr ayından Cənub Hərbi Dairəsi komandanının müavini olub.

Xatırladaq ki, Rüstəm Muradov həm də 2020-ci ilin noyabrın 11-dən 2021-ci ilin sentyabrın 9-na qədər Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsində çalışıb.

Bundan əvvəl Şərq Hərbi Dairəsi komandanı vəzifəsini Aleksandr Çayko tutub. Onun Müdafiə Nazirliyindən işdən çıxarılması və ya başqa yerə köçürülməsi ilə bağlı rəsmi məlumat verilməyib.
Вернуться назад