Главная > Dünya > ABŞ-da iki bacı 50 il sonra koronavirus sayəsində bir-birlərini tapdı
ABŞ-da iki bacı 50 il sonra koronavirus sayəsində bir-birlərini tapdı2-08-2020, 15:18. Разместил: azadses |
ABŞ-da bir-birlərindən ayrı düşmüş iki bacı 50 il sonra koronavirusa görə bir-birlərini tapıblar. Azad Səs xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Qeyd edilir ki, bacılardan biri 73 yaşlı Doris Krippen xəstəxanada 1 ay koronavirusdan müalicə edilib. O, Bundan sonra Fremontdakı bərpa mərkəzinə müraciət edib. Məlum olub ki, Doris Krippen 53 yaşlı bacısı Bev Boro bərpa mərkəzində işləyir. “Mən buna inana bilmədim. Mən düşündüm – İlahi, hesab edirəm bu mənim bacımdır”, - Boro deyib. Bacıların atası eyni şəxs olsa da, anaları ayrıdır. Kipper ailədə tərbiyə olunub, amma 6 aylıq Boronu övladlığa veriblər. Agentlik qeyd edib ki, qadınların başqa qardaş-bacıları da var, indi onlar yenidən birləşə bilərlər. Вернуться назад |