Главная > Dünya / Manset > Finlandiyadan sonra Norveç də rusiyalı turistlərə ölkəyə girişi qadağan edə bilər
Finlandiyadan sonra Norveç də rusiyalı turistlərə ölkəyə girişi qadağan edə bilər1-10-2022, 11:21. Разместил: admin |
Norveç hökuməti Rusiya ilə sərhəddə nəzarəti gücləndirmək üçün tədbirlər görəcək, həmçinin rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoya bilər. Bu barədə krallığın Ədliyyə Nazirliyi xəbər yayıb. Bildirilib ki, lazım gələrsə, tezliklə sərhədlər bağlanacaq. “Dəyişikliklər ən qısa müddətdə baş verə bilər”, - deyə məlumatda vurğulanıb. Qeyd edək ki, Norveç-Rusiya sərhədinin uzunluğu 198 km-ə çatır. Yaxın vaxtlarda yeganə “Storskoq” keçid məntəqəsində təhlükəsizlik tədbirləri gücləndiriləcək, sərhədi qanunsuz keçmə hallarını aşkar etmək üçün təchiz edilmiş polis vertolyotu Finnmark bölgəsi üzərində səmada patrula başlayacaq. Xatırladaq ki, Finlandiya sentyabrın 30-dan turizm məqsədi ilə ölkəyə gələn rusiyalılar üçün sərhədini bağlayıb. Вернуться назад |