Главная > Dünya / Manset > Ukraynada mülki avtomobil karvanına raket atıldı: Onlarla ölən və yaralanan var - FOTO/VİDEO
Ukraynada mülki avtomobil karvanına raket atıldı: Onlarla ölən və yaralanan var - FOTO/VİDEO30-09-2022, 18:23. Разместил: admin |
Ukraynanın Zaporojye şəhərinin Rusiya tərəfindən işğal olunmuş hissəsinin girişində mülki kortejə raket hücumu zamanı dinc sakinlər həlak olublar. Bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri Aleksandr Starux özünün “Telegram” kanalında xəbər verib. “Düşmən rayon mərkəzindən çıxan mülki humanitar karvana raket zərbəsi endirib. İnsanlar müvəqqəti işğal olunmuş əraziyə getmək, yaxınlarını götürmək, yardımları almaq üçün növbəyə durmuşdular. Ölən və yaralananlar var. Hazırda hadisə yerində xilasedicilər, tibb işçiləri və bütün müvafiq xidmətlər işləyir”, - deyə o, bildirib. Onun sözlərinə görə, hazırda azı 23 nəfərin həlak olduğu, 28 nəfərin isə yaralandığı məlumdur. “İşğalçılar müdafiəsiz ukraynalılara zərbələr endiriblər. Bu, terrorçu ölkənin növbəti terror aktıdır”, - deyən Starux oktyabrın 1-nin Zaporojye şəhəri və Zaporojye vilayətində matəm günü olduğunu elan edib. Вернуться назад |