Главная > Dünya > Danimarka dünyanın ən hündür külək turbinini təqdim etdi

Danimarka dünyanın ən hündür külək turbinini təqdim etdi


30-09-2022, 10:39. Разместил: admin
Danimarkanın “Vestas” şirkəti Almaniyanın “Max Bogl” şirkəti ilə birgə hazırlanmış dünyanın ən hündür yerüstü külək turbinini təqdim edib.

“Vestas”ın sözçüsü 199 metr hündürlüyündəki strukturun daha güclü və daha sabit külək axınlarını tutaraq daha çox enerji istehsal edəcəyini bildirib.

Şirkət rəsmisi qeyd edib ki, bu qurğunun quraşdırılması Mərkəzi Avropada yaşıl enerji istehsalının artırılmasına xüsusilə mühüm töhfə verəcək, belə ki, məhz burada analoji layihələrin həyata keçirilməsi üçün çox vaxt kifayət qədər boş sahə tapılmır.

Turbinin istehsalında beton və poladdan istifadə olunub. Dirəklər maksimum gücü 7,2 meqavat olan V172 “Vestas” turbinləri ilə təchiz ediləcək. Onlar mənfi 30 dərəcəyə qədər olan temperaturda və 45 dərəcəyə qədər istidə işləyə biləcək.

Şirkət ilk belə külək turbinlərinin 2025-ci ildə Almaniya və Avstriyada quraşdırılacağını açıqlayıb.
Вернуться назад