Главная > Dünya / Manset > Çin qitələrarası raket daşıya bilən yeni nüvə sualtı qayığını nümayiş etdirdi

Çin qitələrarası raket daşıya bilən yeni nüvə sualtı qayığını nümayiş etdirdi


30-09-2022, 10:16. Разместил: admin
Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri ilk dəfə qitələrarası ballistik raketlər daşıya bilən ən qabaqcıl strateji nüvə sualtı qayığı “Project 094A”nın görüntülərini nümayiş etdirib.

Sualtı qayıq 2021-ci il aprelin 23-də hərbi xidmətə daxil olub ki, bu da Hərbi Dəniz Qüvvələrinin yaradılmasının 72-ci ildönümünə təsadüf edib.

Qayıq 10 min km-dən çox uçuş məsafəsinə malik ən yeni JL-3 bərk yanacaqlı qitələrarası raketləri daşımağa qadirdir ki, bu da ABŞ-da hədəfləri vurmaq üçün kifayətdir.

Eyni zamanda, Çin “Project 093” çoxməqsədli nüvə sualtı qayığının ən son versiyasını təqdim edib. Hər iki sualtı qayıq Çin mərkəzi televiziyasının “Liaoning” təyyarədaşıyan gəmisi heyətinin təlimi ilə bağlı süjetdə görünüb.
Вернуться назад