Главная > Dünya / Manset > Zaxarova: “Ermənistan - Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün səylərimizi davam etdiririk”
Zaxarova: “Ermənistan - Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün səylərimizi davam etdiririk”29-09-2022, 21:17. Разместил: admin |
Biz artıq xeyli müddətdir ki, bölgədənkənar güclərin Cənubi Qafqazda yenicə yaranmağa başlayan sabitliyi pozmaq cəhdlərini görürük. Bunu ənənəvi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Tədbir Rusiya XİN-in sosial şəbəkə səhifəsində yayımlanıb. Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi, öz növbəsində, Ermənistan - Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün ciddi səylərini davam etdirir, Bakı və İrəvanla mütəmadi əlaqə saxlayır. XİN rəsmisi bəyan edib ki, Cənubi Qafqazda sabitliyin təminatı üçtərəfli bəyanatın bütün müddəalarının həyata keçirilməsindən keçir. “Söhbət Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəalarının tam yerinə yetirilməsindən gedir. Hazırkı vəziyyətdə regionda iqtisadi-nəqliyyat əlaqələrinin açılması və sərhədlərin delimitasiyası daxil olmaqla, bütün istiqamətlər üzrə işlərin intensivləşdirilməsini vacib hesab edirik”, - deyə Zaxarova qeyd edib. Вернуться назад |