Главная > Dünya / Manset > ÜST rəhbərini pandemiyaya görə təhdid edirlər
ÜST rəhbərini pandemiyaya görə təhdid edirlər27-09-2022, 17:00. Разместил: admin |
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus yeni koronavirus pandemiyası fonunda təhdidlərdən şikayətlənib. “The Washington Post”a müsahibə verən qurum rəsmisi qeyd edib ki, ona həyati təhlükəli mesajlar gəlib: “Təhdidlər mənə birbaşa SMS vasitəsilə göndərilir. Mənim nömrəmi haradan aldıqlarını bilmirəm”. Gebreyesusun sözlərinə görə, onun evində siqnalizasiya sistemi quraşdırılıb və işçilər ona müşayiət etmək üçün mühafizəçi işə götürməyi təklif edirlər. Təşkilat rəhbərini konkret kimin təhdid etdiyi açıqlanmır. ÜST-ün baş direktoru onun Efiopiyaya qayıtmasının təhlükəsiz olmadığını da bildirib. Nəşrin məlumatına görə, o, Tiqray əyalətindəki vəziyyətə görə ölkə hakimiyyətini tənqid edib. Gebreyesus hesab edir ki, hazırda yeni koronavirus pandemiyasının sona çatması barədə danışmaq tezdir. Вернуться назад |