Главная > Dünya / Manset > ABŞ Rusiyada hərbi xidmətdən yayınanların bütün müraciətlərinə fərdi qaydada baxacaq
ABŞ Rusiyada hərbi xidmətdən yayınanların bütün müraciətlərinə fərdi qaydada baxacaq27-09-2022, 13:00. Разместил: admin |
ABŞ hakimiyyət orqanlarının nümayəndələri qismən səfərbərliklə əlaqədar Rusiya vətəndaşlarının sığınacaq üçün müraciətlərinə fərdi qaydada baxacaqlar. Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer sentyabrın 26-da jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. “Belə şəxslərin müraciətlərinə fərdi qaydada baxılacaq. Biz bu məsələdəki rolumuzu belə görürük”, - deyə o, jurnalistlərin sualını cavablandırıb. Xatırladaq ki, Rusiyada qismən səfərbərliyin tətbiqi haqqında fərmanı Rusiya prezidenti Vladimir Putin 2022-ci il sentyabrın 21-də imzalayıb. Вернуться назад |