Главная > Dünya > İtaliyada 120 min müəssisə enerji böhranı səbəbindən bağlana bilər
İtaliyada 120 min müəssisə enerji böhranı səbəbindən bağlana bilər26-09-2022, 09:23. Разместил: admin |
İtaliyada 120 minə yaxın müəssisə elektrik enerjisi qiymətlərinin artması səbəbindən bağlanma təhlükəsi ilə üzləşib. Bu barədə ölkənin Sahibkarlar Assosiasiyasının rəhbəri Karlo Sanqalli məlumat verib. “2023-cü ilin birinci yarısınadək ən azı 120 min kiçik xidmət müəssisəsi bağlanma riski altındadır ki, bu da 370 mindən çox iş yerinin itirilməsi ilə nəticələnə bilər”, - deyə o bildirib. Onun sözlərinə görə, İtaliyada elektrik enerjisinin qiyməti Avropa regionunun digər ölkələrinə nisbətən daha sürətlə və daha çox bahalaşıb. Вернуться назад |