Главная > Dünya / Manset > Meksika Ukrayna üzrə yeni beynəlxalq komitə yaratmağı təklif edib

Meksika Ukrayna üzrə yeni beynəlxalq komitə yaratmağı təklif edib


23-09-2022, 10:42. Разместил: admin
Beynəlxalq ictimaiyyət xüsusi qurum yaratmaqla Ukraynada sülhün əldə olunmasına mümkün qədər töhfə verməlidir.

Bunu Meksikanın xarici işlər naziri Marselo Ebrard deyib.

O, Meksika prezidenti Andres Manuel Lopez Obradorun digər dövlət və hökumət başçılarının iştirakı ilə Ukraynada dialoq və sülh komitəsinin yaradılması təklifini təqdim edib.

Meksikalılar, xüsusilə Hindistanın Baş naziri Narendra Modi və Roma Papası Fransiskin yeni quruma də daxil olmasını təklif edirlər.

Onların fikrincə, bu təşəbbüs sülhə yol aça biləcək yeni dialoq mexanizmləri və vasitəçilik məkanı yaradacaq.
Вернуться назад